Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və “Su-25” hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
11:21
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir.
Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.
İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.
Report