“Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” daha 3-5 il həyata keçirilməlidir".
Azərbaycan Banklar Assosiasiyasınınm (ABA) sədri Zakir Nuriyev belə hesab edir.
“Mövcud proqram bu il başa çatır. Hesab edirəm ki, bu proqramın davam etdirilməsinə ehtiyac var. Bu sənəd nağdsız ödənişlərin inkişafı sahəsində bütün strukturların fəaliyyətini çox yaxşı tənzimləyir. Qarşımızda yeni vəzifələr durur, buna görə hesab edirəm ki, proqram üzərində yenidən işləmək, əhatə dairəsini genişləndirmək və nəticədə növbəti 3-5 il üçün yeni proqram qəbul etmək lazımdır", – deyə o, bu gün Bakıda keçirilən “VISA Cashless Forum”da bildirib.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib.
© "İnterfaks-Azərbaycan"