Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova həftəlik brifinq zamanı Ermənistandan olan jurnalistə irad bildirib və onun sözünü ağzında qoyub.
Erməni jurnalistin Azərbaycanın guya “Ermənistana qarşı hərbi təcavüzə” başladığı barədə monoloqunu dinləyən XİN nümayəndəsi aydın şəkildə bildirib ki, bu, jurnalistlərin yox, XİN-in rəsmi nümayəndəsinin brifinqidir:
“Bu, Rusiya XİN-in rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin brifinqi deyil. Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın”.
İkinci sualı səsləndirən erməni jurnalist analoji ritorikasına davam edərək, bu dəfə də Azərbaycan ordusunun Ermənistan Respublikasının Geqarkunik vilayətində yerləşən Rusiya Federal Təhlükəsizlik Xidmətinin postuna və xidməti avtomobilinə atəş açması barədə əvvəllər yayılan saxta məsələni gündəmə gətirib, lakin yenə Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib:
“Deyəsən sizə aydın formada başa salmamışam? Mən sizdən müəyyən ifadələri səsləndirməyinizi deyil, sual verməyinizi istədim. Mən hər şeyi mükəmməl başa düşürəm, sizə hörmətlə yanaşıram. Ancaq yenə də ümid edirəm ki, siz mənim xahişimi eşidəcəksiniz və bir daha sizin səhvinizi düzəltmək məcburiyyətində qalmayacağam. Mən bunun belə olmasını doğrudan da istəməzdim. Zəhmət olmasa, sual verin”.