zelenski-ile-kemeron-britaniya-ve-ukrayna-arasinda-100-illik-terefdasliga-dair-sazisi-muzakire-edib

Zelenski ilə Kemeron Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlığa dair sazişi müzakirə edib

Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlığa dair razılaşma ilə bağlı danışıqlara başlayıb.

Bu barədə Böyük Britaniyanın Kiyevdəki səfirliyi feysbuk sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bu məsələ Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevə səfəri zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında görüş zamanı müzakirə olunub:

“Söhbət ticarət, təhlükəsizlik və müdafiə sahəsindən tutmuş elm, texnologiya, təhsil, mədəniyyət və digər sahələrə qədər bütün əlaqələr spektri üzrə iki ölkə arasında güclü əlaqələrin qurulacağı yeni sazişdən gedir”, - məlumatda qeyd olunub.

Bundan başqa, D.Kemeron Ukraynanın enerji infrastrukturuna 36 milyon funt sterlinq yardım ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri mayın 2-də Ukraynada səfərdə olub.

Report