Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sənəddə deyilir ki, dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını dəstəkləmək məqsədilə ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi qərara alınıb.
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 90 gün ərzində həyata keçiriləcək.
Oxu.Az