zelzele-hatayda-tarixi-yerleri-mehv-etdi-14-esrlik-mescid-dagildi-foto-video

Zəlzələ Hatayda tarixi yerləri məhv etdi: 14 əsrlik məscid dağıldı - FOTO/VİDEO

Episentri Kahramanmaraş olan və 10 vilayətə təsir edən 7,7 bal gücündə zəlzələ Türkiyədə bir sıra tarixi abidələri də viran qoyub. Bunlardan biri Hatayda tarixi 7-ci əsrə bağlı olan və Anadoluda ilk ibadət ocağı sayılan qədim Həbibi Nəccar məscididir.

Bundan başqa, 14 əsrlik məscidin həyətində yerləşən 19-cu əsrə aid tarixi Yeni Hamam da yerlə bir olub.

Sosial şəbəkələrdə həmin ərazilərin drondan çəkilmiş görüntüsü yayılıb.