zengilanin-agali-ve-cebrayilin-cocuq-mercanli-kendlerinde-sakinlere-yazliq-terevez-sitilleri-paylani

Zəngilanın Ağalı və Cəbrayılın Cocuq Mərcanlı kəndlərində sakinlərə yazlıq tərəvəz şitilləri paylanılıb

Zəngilanın Ağalı və Cəbrayılın Cocuq Mərcanlı kəndlərində sakinlərə həyətyanı sahələrdə yetişdirmək üçün yazlıq tərəvəz şitilləri paylanılıb.  Ağalı kəndində ümumilikdə 100 mindən çox, Cocuq Mərcanlıda isə 94 mindən çox şitil "GreenTech" MMC tərəfindən sakinlərə hədiyyə edilib.

Xatırladaq ki, pomidor, xiyar, bibər, qarpız, yemiş, badımcan, kahı, kələm şitilləri  sözügedən şirkət tərəfindən ötən il də sakinlərə  təqdim edilmişdi və bu aksiyanın davamlı olması nəzərdə tutulur.