“Tesla” və “Space X” şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask dünya zənginlərinin “Bloomberg Billionaries İndex” reytinqində ikinci yerdən üçüncü yerə enib.
İnsider.az xəbər verir ki, onun əvəzində “Louis Vuitton” geyim şəbəkəsinin sahibi, varidatı 47 milyard dollar artaraq 161,2 milyard dollara çatan Bernar Arno ikinci yerə qalxıb.
Belə ki, ötən günkü hərraclarda 2,2 faiz ucuzlaşan “Tesla” texnologiya sektorundakı ümumi tənəzzül çərçivəsində son 5 gün ərzində 8,3 faiz azalma göstərib. İ.Maskın varidatı isə hazırda 160,6 milyard ABŞ dollarıdır. Halbuki “Tesla”nın ötən il ərzində 750 faiz artım göstərməsi nəticəsində bu ilin yanvar ayında İ.Mask zənginlər reytinqinə başçılıq edib və o vaxtdan varidatını 9,1 milyard dollar azaldıb.