Yüksək gəliri olan insanların firavan yaşadıqları barədə tipik yanlış fikir mövcuddur. Əslində isə zəngin insanların çoxu öz var-dövlətini nümayiş etməməyə çalışır. Pulu ilə lovğalananların əksəriyyəti isə, elə həqiqətdə pulu o qədər çox olmayanlardır.
Varlılar pul haqda düşünmür
Əgər insan öz var-dövlətini özü qazanıbsa, əlbəttə, pul haqda düşünüb.
Bir çox imkanlı adamlar, məsələn, gediş haqlarını yığılmış xallarla ödəyirlər və ekonom sinfi ilə uçurlar. Nəhayət, sizin pulunuz varsa, bu, o demək deyil ki, siz həddindən çox xərcləməlisiniz.
Onlar bahalı avtomobil və evlər satın alırlar
Əgər siz zənginlərin lovğalanmağı və elit avtomobilləri müntəzəm kirayələməyi sevdiyini düşünürsünüzsə, bu, elə də tez-tez olmur. Adətən onlar öz statuslarını o qədər də vurğulamayan avtomobillərə üstünlük verirlər – məsələn, “Range Rover” əvəzinə “Honda Odyssey” götürürlər. Bu yolla onlar vəsaitlərinə qənaət edir və təvazökar görünürlər.
Bahalı daşınmaz əmlakın alışına gəldikdə isə, bəzi ekspertlər bunun hətta imkanlı şəxslər üçün böyük xərc olduğunu deyirlər.
Onlar həmişə pulu necə sərf etməyin yolunu bilirlər
Zənginlik sizi maliyyə üzrə ekspert etmir.
Tədqiqatçıların fikrincə, hətta maliyyə sahəsində çalışan varlılar belə hər zaman öz vəsaitlərini düzgün sərf edə bilmir.
Onlar riskli investisiyaları sevir
Bəzi kasıb insanların fikrinə görə, varlanmaq üçün uğurlu səhmlər almaq lazımdır. Ancaq imkanlı insanlar zənginləşməyin bir çox faktor hesabına mümkün olduğunu dərk edirlər.
Yəni onların fikrinə görə, var-dövlət üçün riskli investisiyalarla məşğul olmaq mütləq deyil. Əksinə, varlılar aşağı riskli layihələrə maya qoymağa üstünlük verirlər ki, onların pulu artsın, özləri də rahat yata bilsinlər.
Onlar ulduzlar kimi yaşayır
Televiziya və sosial şəbəkələr əsasən zəngin cəmiyyətin az hissəsinin həyatını nümayiş edirlər. Bu isə onların cəmi 1%-i edir.
Adi imkanlı şəxslər, əgər bu onların öz təyyarəsi və ekipajı deyilsə, özəl təyyarələrlə uçmurlar. Elələri var ki, ildə 1 milyon dollar qazansa da, ekonom sinfi ilə uçmağa üstünlük verir.
Samirə Məmmədova