zeyem-texnologiyalar-parki-nin-sehmleri-bfb-nin-listinqine-daxil-edilib

“Zəyəm Texnologiyalar Parkı”nın səhmləri BFB-nin listinqinə daxil edilib

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

İnsider.az xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Bildirilir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti"dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

AZ1001003453

Adi adlı sənədisiz səhm

18 000 000

1

AZN

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.