“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədrlər təyin edilib.
Məlumata görə, bunlar İlkər Met və Səlcuq Dəmirdir.
Onlar bu vəzifələrdə müvafiq olaraq Bilgəhan Kurunu və Avni Dəmirçini əvəz ediblər.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Report