ziyad-semedzade-dunya-olkelerinin-hamisinda-kolge-iqtisadiyyati-movcuddur

Ziyad Səmədzadə: Dünya ölkələrinin hamısında kölgə iqtisadiyyatı mövcuddur

“Müstəqilliyimizin ilk illərində Azərbaycanda yoxsulluq səviyyəsi 80%, işsizlik səviyyəsi 40%, adambaşına düşən gəlir isə 1 dollar idi. Belə vəziyyətdə insanlar yaşamaq uğrunda mübarizə aparır. Tarix göstərir ki, belə bir mübarizə olanda uçotdan söhbət gedə bilməz”.

İnsider.az xəbər verir ki, bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O həmçinin qeyd edib ki, dünya ölkələrinin hamısında kölgə iqtisadiyyatı mövcuddur: “Bəzi ölkələrdə hesab edirlər ki, iqtisadi böhran zamanı kölgə iqtisadiyyatı olmasa, vəziyyət daha da gərginləşər".