zukerberq-facebook-direktorlar-surasinin-rehberi-vezifesinde-qaldi

Zukerberq “Facebook” direktorlar şurasının rəhbəri vəzifəsində qaldı

“Facebook”-un bir neçə səhmdarları Mark Zukerberqi şirkətin direktorlar şurasının sədri vəzifəsindən kənarlaşdırılmasını təklif edib. Direktorlar şurasının üzvləri isə mayın 29-u bu təklifi dəstəkləməyib. İnsider.az bunu “Daily Mail”-ə istinadən xəbər verir.

Səhmdarlar həmçinin şuranın müzakirəsi üçün “Zukerberqin nəzarətini zəiflətmək” məqsədi ilə daha yeddi təklif irəli sürüb, lakin bu təkliflərin biri də direktorlar şurasının dəstəyini almayıb.

“Facebook”-un həmtəsisçisinin Kris Hyuzun öncədən verdiyi məlumata görə, Mark Zukerberqin nüfuzu ABŞ hakimiyyətində və özəl sektorlarda olanlardan daha çoxdur. Bu səbəbdən, o, sosial şəbəkənin inhisarına son verilməsini və “Facebook”-un bir neçə şirkətə bölünməsini təklif edib. Zukerberq bu fikri dəstəkləməyib.

Samirə Məmmədova