2-illik-dovlet-istiqrazlari-yerlesdirilib

2 illik dövlət istiqrazları yerləşdirilib

30 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105014754 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İnsider.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.4102 AZN (7.2300%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9679 (7.4700%), orta ölçülmüş qiyməti 101.1628 (7.3641%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 118 min 500 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  27.07.2021-ci il.

Hərrac iştirakçıları 31 iyul 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.