200-milyon-dollarliq-transfer

200 milyon dollarlıq transfer

"Game of Thrones" serialının yaradıcıları David Benioff və DB Weiss "Netflix"ə transfer olublar. 

İnsider.az xəbər verir ki, transfer 200 milyon dollar qarşılığında baş tutub. 

"Netflix"in rəhbəri Ted Sarandos ikilini heyətlərinə qatdıqları üçün çox xoşbəxt olduqlarını söyləyib.

Benioff və Weiss, "Game of Thrones"un yayımçısı HBO-ya təşəkkürlərini bildiriblər:

"HBO ilə 10 ildən uzun müddət gözəl bir dövr keçirdik və bizə özümüzü evimizdəki kimi hiss etdirən hər kəsə təşəkkür edirik".

Həmçinin ikili, ""Netflix" bizi dəvət etdiyi üçün qürur duyuruq" deyib.

"Netflix" bu sayədə dünya səviyyəsindəki abunə sayını artırmağı ümid edir.

Şirkətin abunə sayı ilin ikinci rübündə proqnozdan aşağı - 2,7 milyon artmış, bu da "Netflix"in səhmlərinin 10% dəyərdən düşməsinə gətirib çıxarmışdı.

©Marja