2018-ci-ilde-vergi-odeyicilerinin-dovlet-budcesine-olan-artiqodeme-meblegi-azalib

2018-ci ildə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği azalıb

Hesablama Palatası: 2018-ci ildə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği nəzərəçarpacaq dərəcədə azalıb.

İnsider.az xəbər verir ki, bu barədə Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində məlumat verib. Rəydə bildirilib ki,vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 01.01.2019-cu il tarixə ümumilikdə 2001221,6 min manat təşkil edib ki, bu da 01.01.2018-ci il tarixinə olan göstəricidən 543665,8 min manat və ya 21,4% azdır.

Eyni zamanda, bu məbləğin 94,3%-nin qeyri-neft sektoruna, 5,7%-nin isə neft sektoruna aid olduğu, əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalmanın 52,3% təşkil etdiyi vurğulanıb. Rəydə 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətli dərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabr aylarında isə artıq ödəmə məbləğinin artdığı göstərilib.