4-ayda-77-4-milyon-manatliq-elektrik-avadanliqlari-istehsal-olunub

4 ayda 77,4 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub

Bu ilin ilk 4 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 77,4 milyon manatlıq məhsul istehsal edilib.

İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 14,2 faiz azalıb.

Ötən ilin müvafiq ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 76,7 faiz artıb, 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 37,4 faiz, məişət soyuducularının istehsalı 1,1 faiz azalıb.