abs-da-qazilan-neft-quyulari-azalib

ABŞ-da qazılan neft quyuları azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu həftə də azalıb.

İnsider.az xəbər verir ki, neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un açıqladığı həftəlik məlumatına görə, ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 20 iyul - 26 iyul həftəsində bir əvvəlki həftəyə nisbətən 3 ədəd azalaraq 776-ya enib.

Brent neftin barrel qiyməti dünənki yekunda 63,46 dollara qalxıb.

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.