abs-dan-cine-qarsi-yeni-hemle

ABŞ-dan Çinə qarşı yeni həmlə

Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını müvəqqəti dayandırmasına cavab olaraq, ABŞ da öz şirkətlərinə "Huawei" ilə işləyə bilmələri üçün verəcəyi lisenziyanı təxirə salıb.

İnsider.az xəbər verir ki, "Bloomberg"-in  yaydığı məlumata görə, Ağ Ev Çinin ABŞ-dan kənd təsərrüfatı məhsulları alışını dayandırması qərarının ardından, bəzi ABŞ-lı şirkətlərə "Huawei" ilə işləyə bilmələri üçün veriləcək lisenziya qərarını təxirə salıb. 

May ayında ABŞ milli təhlükəsizlik narahatlıqları səbəbilə Çinli texnologiya nəhəngi "Huawei"ni "qara siyahıya" daxil edib. ABŞ şirkətlərinin "Huawei"yə məhsul satmaları üçün xüsusi bir lisenziya almaları lazımdır.  

Lisenziyanın verilməsinin təxirə salınması xəbərinin ardından "Huawei"nin tədarükçülərinin (Micron Technology Inc., Western Digital Corp, Qualcomm Inc.,  Xilinix Inc., NeoPhotonics Corp. və s.) səhmləri ucuzlaşıb. 

©Marja