abs-in-nuve-muharibesinde-ne-qeder-insan-oldurmeyi-planlasdirdigi-melum-olub

ABŞ-ın nüvə müharibəsində nə qədər insan öldürməyi planlaşdırdığı məlum olub

Amerikalı hərbi ekspertlər hesablayıblar ki, “soyuq müharibə” dövründə ABŞ-ın eyni vaxtda Sovet İttifaqına və Çinə hücumu təxminən 350 milyon insanı öldürə bilərdi. İnsider.az bu barədə xəbəri “The National Interest”-ə istinadla çatdırır.

Resursun bildirdiyi kimi, bu məqsədlə hətta Vahid inteqrə edilmiş əməliyyat planı (SIOP) da yaradılıbmış. Bu plana əsasən, ilk növbədə inkişaf etmiş sənayesi və nəqliyyat şəbəkəsi olan şəhərlər məhv edilməlidir.

Mütəxəssislərin hesablamalarına görə, nüvə döyüş sursatının partlayışından sonra şəhərlərdəki əhalinin 72%-dən çoxu elə ilk dəqiqələrdə həlak olardı. Qeyd edək ki, söhbət təkcə SSRİ və Çin ərazilərinə hücumdan getmir. Zərbələrə həmçinin Varşava Müqaviləsi Təşkilatının müttəfiq ölkələri və Sovet İttifaqına “dost” olan digər ölkələr məruz qalmalı idi.

Amerikalı ekspertlər ABŞ-ın qarşı tərəfin nüvə silahı ilə cavab zərbəsindən alacağı itkiləri çox cüzi dəyərləndiriblər. Onların fikrincə, ABŞ belə müharibədə hamıdan az zərər çəkəcək. Mütəxəssislərin hesablamalarına görə, sovet raketləri 60-90 milyona qədər insan öldürə bilərdi. ABŞ-ın müxtəlif regionlardakı müttəfiqlərinə olacaq zərbələr isə hesaba alınmayıb.

Samirə Məmmədova