abs-in-xam-neft-ehtiyatlari-artib

ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi, ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 1,6 milyon barel (0,1%) artaraq 440,5 milyon barelə yüksəldiyini açıqlayıb. Bazar proqnozu ehtiyatların 2,77 milyon barel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları bir əvvəlki həftə 2,4 milyon barel artım qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə dəyişməyib və 644,8 milyon bareldə qalıb.

ABŞ-ın xam neft idxalı keçən həftə 566 min barel artımla 7,71 milyon barelə, ixracı isə gündəlik ortalama 818 min barel artımla 2,68 milyon barelə yüksəlib.

Neft istehsalı dəyişməyib. 3-9 Avqust həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.

Marja