abs-kanada-ve-meksika-polad-ve-aluminiumuna-olan-rusumlari-legv-etdi

ABŞ Kanada və Meksika polad və alüminiumuna olan rüsumları ləğv etdi

ABŞ prezidenti Donald Tramp Kanada və Meksika polad və alüminiumuna olan rüsumları rəsmi olaraq ləğv edib.

İnsider.az bildirir ki, bununla bağlı qərar AĞ Evin rəsmi saytında dərc olunub.

Müvafiq qərarda bildirilir ki, Tramp daha bu ölkələrdən polad və alüminium idxalını ABŞ-ın milli təhlükəsizliyinə təhlükəli hesab etmir.

Qeyd edək ki, Birləşmiş Ştatlar Meksika və Kanadadan polad idxalına 25%-lik, alüminium idxalına isə 25%-lik vergini 2018-ci ilin iyunun 1-də təsdiqləyib. Cavab olaraq, hər iki ölkədə də bəzi ABŞ mallarına rüsum tətbiq edilib.

Samirə Məmmədova