abs-polisi-parkin-kesik-cekmesi-ucun-yumurta-formasinda-robotdan-istifade-edir-video

ABŞ polisi parkın keşik çəkməsi üçün yumurta formasında robotdan istifadə edir - VİDEO

Kaliforniya polisi parkın keşik çəkməsində robotdan faydalanır. İnsider.az bu baərəd “rb.ru”-ya istinadla xəbər verir.

“Robokop” adlı bu fırlanan robot 360 dərəcəli gözdən keçirmə bucağı olan yumurta formasındadır. “CBS Los Angeles” bildirir ki, robot Hantinqton-Parkın şəhər şurasına çatdırılıb.

Robot bir neçə aydır ki, parkın keşiyindədir. O, real zaman rejimində bölməyə video ötürə bildiyi kimi, lazım olduqda, Hantinqton polisinə təqdim etmək üçün video da yaza bilər. Həmçinin robot “Gününüz xeyir!” kimi qısa ifadələri söyləyə bilir və onun “Twitter”-də öz səhifəsi var.

Samirə Məmmədova