abs-sanksiyalardan-vaz-kecir-turkiye-ile-is-birliyimiz-davam-edecek

ABŞ sanksiyalardan vaz keçir: "Türkiyə ilə iş birliyimiz davam edəcək"

ABŞ S-400 məsələsinə görə Türkiyə ilə əlaqəni tam kəsməyəcək və iki ölkə arasında əməkdaşlıq davam edəcək.

İnsider.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilir.

"Türkiyənin S-400 alması F-35 programında iştirakını imkansız edir. "F-35"lər Rusiyanın məlumat toplama proqramı ilə birlikdə ola bilməz. ABŞ Türkiyənin hava müdafiə ehtiyaclarını qarşılamağa çalışır. Türkiyə ilə hərbi əməkdaşlığımız güclüdür və birlikdə çalışmağa davam edəcəyik", - deyə açıqlamada bildirilir.

ABŞ-ın Müdafiə Nazirliyi isə vurğulayıb ki, Türkiyə S-400 alaraq F-35 layihəsini riskə atıb və F-35 proqramından kənarlaşdırılıb, amma bu qərar geriyə alına bilər.

©FED