afr-hokumeti-60-min-mercedes-i-geri-cagirir

AFR höküməti 60 min “Mercedes”-i geri çağırır

Almaniyanın Federal Avtonəqliyyat Qurumu təxminən 60 min “Mercedes-Benz GLK 220 CDI” dizel avtomobil modelinin emalatxanalara geri çağırılması sərəncamını verib. İnsider.az bu barədə “Bild” qəzetinə istinadla xəbər verir.

Qurumun verdiyi məlumata əsasən, “Daimler” şirkəti ekoloji standarta uyğun bu iri qabaritli avtomobillərdə zərərli maddələrin göstəricilərini azaltmağa imkan verən beşinci qeyri-leqal proqram təminatını istifadə edib.

Qurum işlənmiş qazın çxması göstəricilərilə edilən manipulyasiyalar barədə iş üzrə aradırmasını genişləndirmək niyyətindədir. Konserndə geri çağırmanı təsdiq etdilər və bildirdilər ki, dələduzluqda ittihamlara qarşı hüquqi tədbirlər götürəcəklər.

Qeyd edək ki, “Mercedes-Benz GLK 220 CDI” modelində yolverilməz proqram təminatının istifadə edilə biləcəyinə dair şübhələr barədə geniş ictimaiyyətə cari ilin aprelində məlum olmuşdu.

Samirə Məmmədova