ag-ev-trampin-gelirlerini-aciqlayib

Ağ ev Trampın gəlirlərini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın 2018-ci ildə əldə etdiyi gəliri 434 milyon dollar təşkil edib.

İnsider.az xəbər verir ki, bu barədə məlumatı Ağ ev açıqlayıb.

Sənəddə qeyd edilib ki, prezident Vaşinqtonda yerləşən "Trump International Hotel"indən 40,8 milyon, Florida ştatındakı “Mar-a-Lago Otel”indən isə 22.7 milyon dollar qazanıb.

Bildirilir ki, Trampın gəlirləri əvvəlki illərə nisbətən keçən il təxminən 15 milyon dollar azalıb.

O, 2017-ci ildəki gəlirlərinin 450 milyon dollar dəyərində olduğunu elan etmişdi.

©ONA