agalarovun-sirketini-vesaitlerin-semeresiz-istifadesinde-subheli-bildiler

Ağalarovun şirkətini vəsaitlərin səmərəsiz istifadəsində şübhəli bildilər

Rusiyada istintaq komitəsi Araz Ağalarovun "Crocus İnternational" şirkətinin “Avtodor” şirkətindən 2015-2017-ci illərdə avans şəklində almış ümumilikdə 14,6 milyard rubla müvafiq vəsaiti Mərkəzi dairəvi yolun ilk sahəsinin tikintisinə yox, depozitlər üzərində faiz şəklində gəlir əldə edilməsinə sərf etdiyini təyin edib.

İnsider.az-ın məlumatına görə, istintaqın gedişi ilə tanış olan mənbə “RBK”ya bildirib.

“Pul vəsaiti (“Avtodor”-dan) (“Crocus İnternational”ın) “Sberbank”dakı ayrı hesabına daxil olurdu”, - deyə RBK-nın əldə etdiyi istintaq materialının nüsxəsində bildirilir. 

Beləliklə, “Avtodor” Ağalarovun şirkətinə layihənin dövlət  maliyyələşdirməsinin 34,6%-ni təşkil edən 14,6 milyard rublluq avansları köçürüb.

Lakin “Sberbank” nümayəndəsi buna dair şərh verməkdən imtina edib. “Krokus”da isə ittihamları inkar edirlər.

Samirə Məmmədova