akropol-baglanir

Akropol bağlanır

İyulun 4-ü və 5-i saat 13:00-dan 17:00-dək Afinanın Akropolu anormal istilərə görə ziyarət üçün bağlı olacaq. İnsider.az bunu “RİA Novosti”-yə istinadla xəbər verir.

Afina Muzeylər İdarəsi Milli Meteoroloji Xidmətin proqnozuna əsasən hava temperaturunun 40 dərəcəni keçəcəyi üçün arxeoloji abidəni bağlayır. Qeyd olunan tarix və saatlara elektron bilet almış ziyarətçilərdən elektron poçt üzrə satış xidmətilə əlaqə saxlamağı xahiş edirlər.

Qeyd edək ki, Afinadakı Akropol Yunanıstanın ən çox ziyarət olunan arxeoloji abidəsidir. 2018-ci ildə onu 3,15 milyon insan ziyarət etmişdi. Ən populyar muzey olaraq isə Akropol Muzeyi qalır. Bu muzeydə 1,8 milyon insan olub.

Samirə Məmmədova