alibaba-nin-geliri-proqnozu-asib-sehmleri-keskin-bahalasdi

"Alibaba"nın gəliri proqnozu aşıb - SƏHMLƏRİ KƏSKİN BAHALAŞDI

Elektron ticarət nəhəngi "Alibaba"nın dördüncü rübdə gəliri proqnozdan çox olub.

Çinin e-ticarət və texnologiya şirkəti "Alibaba"nın dördüncü rübdə satış gəliri 93.5 milyard yuan təşkil edib. Bu, 91.7 milyard yuanlıq proqnozdan yüksəkdir.

İnsider.az xəbər verir ki, Şirkət bir səhmə 8.57 yuan mənfəət açıqlayıb. Proqnoz 6.50 yuan idi.

Qeyd olunan rübdə "Alibaba"nın mənfəəti 25.1 milyard yuan təşkil edib. Gözlənti 22.90 milyard yuan idi.

İllik 654 milyon aktiv istehlakçısı olan "Alibaba", 2020-ci il il üçün satış gəliri təxminini 500 milyard yuan səviyyəsində açıqlayıb. Bazar gözləntisi 509 milyard yuan səviyyəsində idi.

Dördüncü rüb balansın açıqlanmasından sonra "Alibaba"nın səhmləri bahalaşıb. Qiymətdə artım 4%-i aşaraq  181.80 dollara qalxıb.

©"Marja"