amazon-dan-tehlukesizlikle-bagli-yenilik

“Amazon”-dan təhlükəsizliklə bağlı YENİLİK

“Amazon” internet-riteyleri bütün “Echo” dinamiklərinə ödənişsiz “Alexa Guard” funksiyasını əlavə edib. İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.

Funksiyanı aktiv etmək üçün istfadəçi “Alexa, I’m leaving” (“Aleksa, mən gedirəm”) deməlidir. Bu zaman cihaz, misal üçün, qırıq şüşə səsi kimi qeyri-tipik səslərə reaksiya verməyə başlayacaq.

Belə halda tətbiq istifadəçinin smartfonuna 10-saniyəlik audioyazı ilə birgə bildiriş göndərəcək. Əgər dinamikin kamerası varsa, tətbiq həmçinin evdən birbaşa video translyasiyasını işə salacaq.

Bundan başqa, tüstü sensorları işə düşdüyü təqdirdə də, “Alexa Guard” bildiriş yollaya bilir. Tətbiq işıqlandırmanın intellektual idarəolunması sisteminə çıxışa malikdir. O, evdə kiminsə olduğunun görüntüsünü yaratmaq üçün işığı yandırıb söndürməyi bacarır.

Həmçinin evə basqın olduğu təqdirdə, “Alexa Guard” avtomatik polisi çağıra bilir. Lakin sonuncu funksiya evdə “ADT” və ya “Amazon Ring” müdafiə siqnalizasiyalarının quraşdırıldığı halda əlçatandır.

Samirə Məmmədova