amazon-emekdaslarinin-ixtisas-artirmasina-vesait-ayirir

“Amazon” əməkdaşlarının ixtisas artırmasına vəsait ayırır

“Amazon” ABŞ-dakı 100 min əməkdaşının təliminə 2025-ci ilə qədər 700 milyon dollar sərf etmək planları barədə elan edib.

İnsider.az-ın məlumatına görə, bu haqda şirkətin bloqunda deyilir.

Şirkət öz ixtisasartırma üzrə bir neçə ödənişsiz proqramlarına investisiya edir. Bu proqramlar süni intellekt, maşın öyrənilməsi, “Amazon Web Services”-in bulud həlləri və proqram təminatı tərtibatlarına aiddir.

İT-proqramlardan başqa, şirkət öz ixtisaslaşmasını dəyişmək qərarına gələn (qiymətin 95%-ni “Amazon” ödəyir) əməkdaşlar üçün yenidən hazırlıq kurslarını, həmçinin, “Amazon Apprenticeship” ödənişli intensiv tədris proqramını inkişaf etdirməyi planlaşdırır.

“Amazon”-un əməkdaşların inkişafı üzrə vitse-prezidenti Ardin Uilyams “Wired” resursuna bildirib ki, fərdi tədris proqramlarının inkişafı maşın öyrənilməsi, bulud texnologiyaları və digər istiqamətlər üzrə mütəxəssislərə olan tələbatdan irəli gəlir. Bir qədər sonra “Amazon” iqlim dəyişiklikləri nəticələrinin həlli ilə bağlı proqramları da tətbiq edə bilər.

Samirə Məmmədova