amazon-un-sesli-komekcisi-bir-zaman-urek-tutmasini-da-mueyyen-ede-bilecek

“Amazon”-un səsli köməkçisi bir zaman ürək tutmasını da müəyyən edə biləcək

Vaşinqton universitetindən olan tədqiqatçılar insanda unikal səslər üzrə ürək tutmasını müəyyən etmək üçün smartfon və smart-dinamiklərdə istifadə edilə biləcək yeni süni intellekt texnologiyasının hazırlayırlar. İnsider.az bunu “rb.ru”-ya istinadla xəbər verir.

Ürək dayanmasını yaşayan insanlar ilk öncə can vermə nəfəsi kimi tanınan qeyri-müntəzəm çətinləşmiş nəfəslə mübarizə aparırlar. Belə hal pasiyentin həqiqətən oksigen səviyyəsi az olduğu vaxt müşahidə olunur. Bu zaman o, özünəməxsus boğaz səsləri çıxarır. Cihazlar da bu spesifik səsin aşkar olunmasını və təcili yardım xidmətinə müraciət etməyi “öyrənəkcəklər”.

Hal-hazırda real can vermə nəfəsinin istifadəsilə testlər aparılır. İndiyədək süni intellekt belə səsi 97% hallarda düzgün müəyyən edə bilib. Lakin tədqiqatçılar lazımsız təcili yardım çağırışının qarşısının alınması üçün alqoritmin işləmə keyfiyyətinin artırılmasını tələb etdiyini deyirlər.

Samirə Məmmədova