apple-card-qumari-ve-kriptovalyutani-desteklemeyecek

“Apple Card” qumarı və kriptovalyutanı dəstəkləməyəcək

Virtual bank kartı olan “Apple Card” vasitəsilə kriptovalyuta, oyun fişkaları, lotereya biletləri almaq, eləcə də totalizatorlarda hesab yazdırmaq qadağan olunacaq.

İnsider.az "Reuters"-ə istinadla bildirir ki, müvafiq məhdudiyyətlər “Apple Card”la əməkdaşlıq edəcək “Goldman Sachs” bankının saytında dərc olunan istifadə sazişində göstərilib.

Qeyd edək ki, “Apple Card” cari ilin may ayında təqdim olunub. Şirkət tərəfindən bildirilmişdi ki, fiziki kartda nömrə, onun təsir müddəti və CVV qeyd olunmayacaq. Bu məlumatlar elektron pul qabı tətbiqində saxlanılacaq.

Kart sahibləri fiziki kart vasitəsilə aparılan satınalmaların ümumi məbləğinin 1%-ni, “Apple Pay” üzərindən həyata keçirilən satınalmaların 2%-ni geri ala biləcəklər.

© Oxu.az