apple-dan-xususi-yenilik

“Apple”-dan xüsusi YENİLİK

“Apple” istifadəçilərə “Apple ID” vasitəsilə servislərdə avtorizasiya imkanı verəcək. İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Kreyq Federiqi “WWDC 2019” konfransında məlumat verib.

“Sign in with Apple” funksiyası istifadəçiyə öz əsl poçtunu gizlədərək, “iCloud” üzərindən və ya anonim şəkildə kənar servisə daxil olmağa imkan verəcək. Avtorizasiya üçün poçtun qeyd edilməsi mütləq olduğu yerdə istifadəçi “Apple”-ın bütün məktubları “iCloud”-dakı həqiqi ünvana yönləndirəcəyi təsadüfi ünvan yarada biləcək.

Servis bütün “Apple” cihazlarında əlçatan olacaq. Şirkət partnyor saytların siyahısını açıqlamayıb. Qeyd edək ki, nümayişdə Federiqi “Fretello” gitarasında ifanın öyrənilməsi üçün olan servisdə “Apple ID” üzərindən avtorizasiya edib.

Samirə Məmmədova