apple-iphone-5s-i-basdirdi

“Apple” “iPhone 5s”-i “basdırdı”

“iPhone 5s” daxil olmaqla bir sıra köhnəlmiş smartfonların sistem yenilənmələr tətbiqi dayandırılıb. İnsider.az bu barədə “Apple” şirkətinin saytına istinadla xəbər verir.

Sistemin yeni versiyasında mövzular tünd rəngdə olacaq. Beləki, o açılanda bütün standart proqramlar qara rəngdə görünəcək.

Həmçinin tərtibatçılar tətbiqlərin sürətliliyini iki dəfə artırıb, sistem yenilənmələrinin və kənar tətbiqlərin tutduğu yeri  isə 50-60% azaldıblar. “Face ID” isə 30% cəld işləyəcək.

Sözügedən yenilənmə cari ilin payızında çıxacaq və “SE”, “6s”, “iPad”, “Air 2” və “Mini 4” başlayaraq “iPhone”-lar üçün əlçatan olacaq. Beləliklə, “5s” və daha köhnə cihazlarda yenilənmələr dayandırılacaq.

Xatırladaq ki, “iPhone 5s” 2013-cü ildə buraxılıb və 64 b-lik prosessorlu ilk “Apple” smartfonu olub. Hal-hazırda bu smartfon üçün əlçatan olan son sistem versiyası “iOS 12.2”-dir.

Samirə Məmmədova