apple-istifadecileri-dinlediyi-ucun-siri-nin-tekminlesdirmesini-dayandirib

Apple istifadəçiləri dinlədiyi üçün "Siri"-nin təkminləşdirməsini dayandırıb

"Apple" şirkəti "Siri" səs köməkçisinin keyfiyyətinə nəzarət edən fəaliyyətini dayandırıb. Bəzi kənar tərtibatçılar həmin proqram vasitəsilə istifadəçilərin sorğularına müdaxilə edə bilirdilər.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, kənar tərtibatçılar bir neçə saniyə davam edən səs sorğularının 1%-ni dinləmək imkanına malik olublar. Bu layihənin əsas məqsədi "Siri" səs köməkçisində danışığın tanınmasının keyfiyyətinin yüksəldilməsi idi, ancaq istifadəçilərə onların mesajının dinlənilə bilməsi xoş deyildi.

Bundan əvvəl "Apple"ın podratçılarından birinə istinadən "Guardian" nəşri yazmışdı ki, "Siri" səs köməkçisi məxfi informasiyanı yaza bilər.