apple-son-yarim-ilde-20-25-sirket-alib

“Apple” son yarım ildə 20-25 şirkət alıb

“Apple” ortalama hər iki-üç həftədə bir şirkət alır. 2018-ci ilin noyabrından 2019-cu ilin may ayınadək “iPhone” istehsalçısı təqribən 20-25 şirkət əldə edib. İnsider.az-ın məlumatına görə, bu barədə “Apple”-ın rəhbəri Tim Kuk “CNBC”-yə xəbər verib.

Alınan şirkətlər kiçik olduğuna görə, çox vaxt “Apple” belə sövdələşmələr barədə elan vermir. Kukun sözlərinə görə, “Apple” “ilk növbədə istedad və intellektual mülkiyyət axtarır”.

Şirkətin 2019-cu ilin ikinci rüb üzrə maliyyə hesabatına əsasən, “Apple”-ın 225,4 milyard dollara yaxın nağd pulu yığılıb. Tim Kukun sözlərinə görə, “Apple” birinci, məsələn, 1 milyard dəyərində olan Texasdakı kampusun tikintisi kimi, iri layihələrə sərmayə yatırır. Sonra isə digər investisiya imkanlarını nəzərdən keçirir. Baxmayaraq ki, “Apple” ildə bir neçə şirkət alır, iri sövdələşmələri nadir hallarda aparır.

Samirə Məmmədova