apple-watch-da-ratsiya-calismayacaq

“Apple Watch”-da “Ratsiya” çalışmayacaq

“Apple” “Apple Watch”-dakı “Ratsiya” (Walkie-Talkie) funksiyasını müvəqqəti söndürür.

İnsider.az bildirir ki, şirkət belə bir addımı istifadəçilərə başqalarının “iPhone”-nu dinləməyə imkan verən xəta səbəbinə görə atıb.

Funksiya cihazlardan silinməyəcək, lakin yenilənmə çıxanadək çalışmayacaq.

Şirkət artıq problem üzərində çalışır və funksiyaya girişi yaxın müddətdə bərpa edəcəyini söz verir. Həmçinin “Apple”-dan bildirirlər ki, hal-hazırda xətanın cinayətkarlar tərəfindən nə zamansa istifadəsinə dair heç bir sübut yoxdur.

Samirə Məmmədova