apple-yeniden-en-bahali-brend-elan-edilib

“Apple” yenidən ən bahalı brend elan edilib

Nüfuzlu “Forbes” jurnalı “Apple” brendini 9-cu il ardıcıl dünyanın ən bahalı brendi adlandırıb.

İnsider.az xəbər verir ki, siyahıya yalnız ABŞ-da fəaliyyət göstərən brendlər daxil edilib.

“Apple” brendinin dəyəri bir ildə 12% yüksələrək 205,5 milyard dollar təşkil edib. Ötən il bu göstərici 182,8 milyard dollar idi. “Apple”ın mənfəəti 265,8 milyard dollar məbləğində qiymətləndirilib.

Siyahıda “Google” şirkəti (167,7 milyard dollar) ikinci, “Microsoft” (125,3 milyard dollar) isə üçüncü yeri tutub. Dəyəri 97 milyard dollar məbləğində qiymətləndirilmiş “Amazon” brendi dördüncü yeri tutub. “Facebook” (88,9 milyard dollar) beşinci olub.

©“ICTnews”