assanj-hebs-edilib-ekvador-siyasi-siginacaqdan-mehrum-edib

Assanj həbs edilib – Ekvador siyasi sığınacaqdan məhrum edib

Ekvador prezidenti Lenin Moreno öz “Twitter” hesabında dövlətin “Wikileaks” portalının təsisçisi Culian Assanja sığınacaqda imtina etdiyini yazıb.

İnsider.az xəbər verir ki, Morenonun sözlərinə görə, Assanj bir neçə dəfə pozuntulara yol verib.

“Ekvador Culian Assanjın beynəlxalq konvensiyaları və yaşayış haqda müqaviləni dəfələrlə pozduğuna görə diplomatik sığınacağı geri çəkib”, —  Moreno yazır.

Qeyd edək ki, Assanj Londonda aprelin 11-i polis tərəfindən həbs edilib.

Samirə Məmmədova