avro-bolgesi-uzre-iqtisadi-inkisaf-ve-inflyasiya-proqnozu-asagi-salindi

Avro Bölgəsi üzrə iqtisadi inkişaf və inflyasiya proqnozu aşağı salındı

Avropa Komissiyası, ticarət gərginlikləri və siyasi qeyri-müəyyənliklərin region üzərində təzyiq yaratdığını qeyd edərək, Avro Bölgəsi üzrə 2020-ci ilə dair iqtisadi inkişaf və inflyasiya proqnozunu aşağı salıb.

İnsider.az xəbər verir ki, Avropa Komissiyası Avro Bölgəsi iqtisadiyyatının 2020-ci il üzrə artım proqnozunu 1.5%-dən 1.4%-ə endirib. İnflyasiya üzrə həm 2019, həm də 2020-ci il təxminləri 1.3%-ə endirilib. Avropa Mərkəzi Bankı 2% inflyasiya hədəfləyir.

Avropa İttifaqının (Aİ) Avro Zonası üzrə iqtisadi artım proqnozunu aşağı salması Avropa Mərkəzi Bankının (AMB) sədri (AMB) Mario Draghi-nin "əlavə təşviq" ritorikasını gücləndirə bilər.

25 iyulda AMB-nin toplantısı keçiriləcək. Bölgə iqtisadiyyatına dair proqnozların azalması bankın faiz endirməsi və ya mümkün bir təşviq siqnalı verməsi ehtimalını artırır.

Müqaviləsiz Brexit ehtimalı da Avro Bölgəsi üçün böyük bir risk mənbəyi olaraq qalır.

©Marja