avro-daha-da-bahalasdi-resmi-mezenneler

Avro daha da bahalaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin iyun ayının 25-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 24-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9396 manata, rubl/manat məzənnəsi isə 0,0272 manata qalxıb.

1 türk lirəsi isə 0,2933 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 24-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9338 manata, 1 rubl 0,0269 manata, 1 türk lirəsi isə 0,2945 manata bərabər idi.