avro-ve-lire-ucuzlasdi-resmi-mezenneler-aciqlandi

Avro və lirə ucuzlaşdı - Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin iyun ayının 14-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 13-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9164 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0263 manata qalxıb.

1 türk lirəsi isə 0,2892 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 13-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9206 manata, 1 rubl 0,0262 manata, 1 türk lirəsi isə 0,2911 manata bərabər idi.