avropa-ittifaqi-komissiyasinin-yeni-prezidenti-secilib

Avropa İttifaqı Komissiyasının yeni prezidenti - SEÇİLİB

Bu gün Avropa Parlamentində baş tutan gizli səsvermədə Ursula von der Leyen 383 parlament üzvünün dəstəyini qazanaraq  Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidenti seçilib.

İnsider.az-ın məlumatına görə, hazırda Avropa İttifaqı Komissiyasının prezidenti vəzifəsini icra edən Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.

Qeyd edək ki, yen seçilən prezident bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. O, Aİ  Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır.

© FED.az