avropa-ittifaqinin-komissari-azerbaycana-gelecek

Avropa İttifaqının komissarı Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hahn iyunun 13-də Azərbaycana gələcək.

İnsider.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyi rəhbərinin birinci müşaviri Denis Daniilidis bildirib.

O, Y.Hahnın Bakıda keçiriləcək Azərbaycan – Aİ biznes forumunda iştirak edəcəyini diqqətə çatdırıb: "Səfər çərçivəsində rəsmi şəxslərlə də bir sıra görüşlər keçiriləcək".

©“Report”