azerbaycan-gurcustandan-siqaret-idxalini-keskin-azaldib

Azərbaycan Gürcüstandan siqaret idxalını kəskin azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 962,7 ton siqaret və tütün məmulatları idxal edib.

İnsider.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən alınan tütün məhsullarının ümumi dəyəri 20 mln. 702,0 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi siqaret və tütün məmulatlarının həcmi 1 157,2 ton və ya 2,2 dəfə azalıb.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 38 mln. 700,8 min dollar dəyərində 2 119,9 ton siqaret alıb.