azerbaycan-iran-musterek-ticaret-darvazasi-istifadeye-verilecek

Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək

Astara sərhəd keçid məntəqəsində ticarət xərclərini azaltmaq məqsədi ilə Azərbaycan-İran müştərək ticarət darvazası istifadəyə veriləcək.

İnsider.az xəbər verir ki, bunu Astara Gömrük İdarəsinin rəhbəri Rəsul Ümidi deyib.

O bildirib ki, müştərək ticarət darvazasının infrastrukturunun yaradılmasına dair işlərin 70 faizi yekunlaşıb. Yaxın 1 il ərzində darvaza istifadəyə veriləcək.

R.Ümidi deyib ki, İran Avrasiya Ticarət Birliyinə  üzv olub və Astara keçid məntəqəsi İranın bu birliyə üzv ölkələrlə azad ticarət aparmasında özünəməxsus yer alacaq.

Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Astara dəmir yolu vasitəsilə ixrac olunan məhsullar ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.

APA