azerbaycan-xam-neft-ixracini-artirib

Azərbaycan xam neft ixracını artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 14 milyon 58 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

İnsider.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 6 milyard 722 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 19,3%, dəyəri isə 13,5% çox olub.

Bu ilin ilk 5 ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78% təşkil edib.