azerbaycan-xam-neft-ixracini-artirib

Azərbaycan xam neft ixracını artırıb

Bu ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələrinə əsasən Azərbaycan 19 554,245 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

İnsider.az xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 9 541,342 mln. ABŞ dolları təşkil edib.

İxrac olunan məhsulun həcmi ötən ilin müvafiq dövründən 17,4%, dəyəri isə 9,97% çoxdur.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının bu ilin yeddi ayında Azərbaycanın ümumi ixracında payı 77,78% olub.
Report