azerbaycanda-ayaqqabi-istehsali-43-artib

Azərbaycanda ayaqqabı istehsalı 43% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 85,7 min cüt ayaqqabı istehsal edilib.

İnsider.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin beş ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 43,3% çox olub.

May ayında ölkədə ayaqqabının qiyməti aprel ayı ilə eyni səviyyədə qalıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 1% artıb.

© Report.az